Almaniya Alp dağlarından keçəcək qaz kəməri vasitəsilə Cənub Qaz Dəhlizini genişləndirməyi təklif edir

Almaniya Alp dağlarından keçəcək qaz kəməri vasitəsilə Cənub Qaz Dəhlizini genişləndirməyi təklif edir

Bakı. TurkicWorld:

Almaniya Alp dağlarından keçəcək yeni qaz kəməri vasitəsilə Cənub Qaz Dəhlizini genişləndirməyi təklif edir.

TurkicWorld xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts İtaliyanın baş naziri Corc Meloni ilə Berlində birgə mətbuat konfransında deyib.

"Cənub Qaz Dəhlizini genişləndirmək xüsusən vacibdir. Alp dağlarından keçəcək yeni boru kəməri vasitəsilə ölkələrimizin enerji təchizatını artırmaq istəyirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.