"SOCAR Türkiyə" "Petlim" səhmlərinin 30 faizini alıb

"SOCAR Türkiyə" "Petlim" səhmlərinin 30 faizini alıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi "SOCAR Türkiyə" Egey regionundakı "Petlim" konteyner terminalında "Goldman Sachs International" şirkətinə məxsus səhmlərin 30 faizini satın alıb.

TurkicWorld bu barədə Türkiyənin Məlumatların İctimailəşdirilməsi Platformasına istinadən məlumat verir.

"Petlim"in səhmlərinin 70 faizi isə SOCAR-ın törəmə müəssisəsi olan "Petkim"ə məxsusdur.

"2015-ci ildə "Goldman Sachs" "SOCAR Türkiyə"də, eləcə də "Petlim"də müvəqqəti put-opsiyon şərti ilə paya sahib olmuşdu. Bu il satınalma müddəti başa çatıb. Yayda bizim tərəfimizdən "SOCAR Türkiyə"nin 13 faiz payının, indi isə "Petlim"in (SOCAR Terminal) 30 faiz payının "Goldman Sachs"dan satın alınması elan olunub", - deyə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-in sorğusuna cavab olar bildirib.