Bakı. TurkicWorld:
Türkiyənin İstanbul şəhərində "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclası keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf özünün "Twitter" səhifəsində yazıb.
"Bu gün Azərbaycan Respublikasının İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun iştirakı ilə İstanbulda "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclası keçirildi", - deyə paylaşımda bildirilir.