STAR Zavodu 28 fərqli növ xam neftin testini edib

STAR Zavodu 28 fərqli növ xam neftin testini edib

STAR Zavodu 28 fərqli növ xam neftin testini edib və bu neft məhsullarını emal etmək qabiliyyətinə malikdir.

TurkicWorld-un məlumatına görə, bunu Socar Türkiye Neft Emalı və Neft Kimya İş Birliyinin və Petkimin Baş direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu gün zavod Qazaxıstandan, Rusiyadan, Norveçdən, Tunisdən, Mərakeşdən və Aralıq dənizi ölkələrindən neft alır. A.Məmmədiv bildirib ki, bu ölkələr arasında ilk üçlük Norveç, Rusiya və Qazaxıstandır.

Azərbaycan neftinin STAR zavodunda emalına gəlincə, A.Məmmədov bildirib ki, Azərbaycan nefti bahalı, keyfiyyətli, yüngül neftdir.

“Azərbaycan neftinin yüksək keyfiyyətinə görə daha böyük müştəriləri var. Bu baxımdan Azərbaycan neftinin STAR zavodunda emalı çox səmərəli olmaz”, - deyə A.Məmmədov bildirib.