Son dəqiqə

Petkim SOCAR Türkiyə

Bu il Petkimin gəlirləri rekord həddə olacaq - Zaur Qəhrəmanov

"Petkim Türkiyə"nin yeganə neft-kimya kompleksidir. Bu il, yəni 2021-ci il şirkət üçün çox uğurlu bir il olub.

TurkicWorld-un məlumatına görə, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Z.Qəhrəmanov bildirib ki, bu il Petkimin gəlirləri rekord həddə olacaq: “İl hələ bitməyib, ancaq artıq bizim gəlirlərimiz rekord həddədir”, - deyə Z.Qəhrəmanov qeyd edib.

O vurğulayıb ki, "Petkim Türkiyə"nin neft-kimya məhsullarına olan tələbatının 17 faizini qarşılayır.

Z.Qəhrəmanov vurğulayıb ki, Petkim kompleksi ildə 3.6 milyon ton fərqli neft-kimya məhsulları istehsal edir və onun 50 faizi Türkiyənin daxili bazarlarına , 40 faizi isə Avropaya, Koreyaya və digər ölkələrə ixrac edilir.

Mövzuya görə xəbərlər