Son dəqiqə

Türkiyə Türkiyə limanları

Aprel ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib

Ankara. TurkicWorld:

Bu ilin aprel ayında Türkiyə limanları 4 min 816 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 min 469, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 3 min 347 olub.

2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 17 min 612 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 163, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 449 olub.”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər