Son dəqiqə

Özəl Türkiyədə tender

İstanbul universiteti təbii qaz alınması üzrə tender elan edib

Bakı. TurkicWorld:

İstanbul universiteti 01.01.2024 - 31.12.2026 tarixləri arasında azad bazardan təbii qaz enerjisi alınması üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 15 iyun 2023-cü il, Türkiyə vaxtı ilə saat 11:30-a qədər “İstanbul Üniversitesi Rektörlüğü İdari ve Mali İşler Daire Başkanlığı İhale Odası Beyazıt /İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 212 440 00 00 - 212 440 00 32

Mövzuya görə xəbərlər