Son dəqiqə

Azərbaycan Pakistan MÜSİAD Rəşad Cabirli MÜSİAD Azərbaycan Bilal Hayi

Azərbaycan-Pakistan-Türkiyə iş adamları forumu keçiriləcək

Bakı, TurkicWorld:

Azərbaycan-Pakistan-Türkiyə iş adamları forumu keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycan Korporativ Əlaqələr və Rabitə Komissiyası fəaliyyəti çərçivəsində İdarə Heyətinin sədri Reşad Cabirli və İdarə Heyətinin üzvlərinin Pakistanın Azərbaycandakı səfiri cənab Bilal Haye ilə görüşü zamanı əldə edilib.

Məlumata əsasən, görüş zamanı həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan, Pakistan, Türkiyə arasında ilk mərhələdə birgə görülə biləcək fəaliyyətlər müəyyən edilib.

Bundan əlavə, tərəflər arasında il ərzində Azərbaycanda fəaliyyət göstərən iş adamlarının Pakistana kommersiya və mədəni səfərinin təşkili barədə razılıq əldə edilib.

May ayında Pakistandan Azərbaycana gəlməsi planlaşdırılan iş adamlarının keçirəcəyi görüşlərin təşkil edilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Pakistanın idxal etdiyi mallar arasında pambıqdan toxunmuş parçalar, geyim və geyim aksesuarları, sintetik üzvi rəngləndiricilər, rəngli boyalar, polivinilxlorid (PVC), rezin təkərlər və qida məhsulları əsas yer tutur.

Mövzuya görə xəbərlər