Son dəqiqə

Maliyyə nazirliyi

Ehtiyat fondlardan I rübdə 22 milyon manat vəsait xərclənib

Bakı. TurkicWorld:

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 21,8 milyon manat (4,8 milyon manatı ölkə prezidentinin ehtiyat fondundan, 17 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, ayrılmış vəsaitin 10,9 milyon manatının maliyyələşməsi həyata keçirilib, bunun isə 6,3 milyon manatının müvafiq qurumlar tərəfindən icrası təmin edilib.

Xatırladaq ki, büdcədə dövlət başçısının ehtiyat fondu üçün 500 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110 milyon manat vəsait, cəmi 610 milyon manat vəsait nəzərdə tutulub.

Mövzuya görə xəbərlər