Türkiyənin ölkə hüdudlarından kənarda nə qədər qadın diplomatı var?

Türkiyənin ölkə hüdudlarından kənarda nə qədər qadın diplomatı var?

Bakı. TurkicWorld:

2022-ci ildə Türkiyənin xaricdə olan səfirləri toplam 287 nəfər təşkil edib.

TurkicWorld-un məlumatına görə, ölkənin səfirləri 72,8 faizlə 287 nəfər kişi, 27,2 faizlə isə 78 nəfər qadınlar təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə ali məktəbi bitirən kişilər 25,1 faiz təşkil edib.

Qadınlarda isə eyni dövr üçün bu göstərici 20,9 faizdir.

Əlavə olaraq bildirək ki, 2022-ci ildə Türkiyənin Böyük Millət Məclisində iştirak edən millətvəkillərinin sayı toplam 579 nəfər olub ki, bunlardan 82,7 faizlə 479 nəfərini kişilər, 17,3 faizlə 100 nəfərini isə qadınlar təşkil edib.

Son olaraq qeyd edək ki, ölkədə qadınların sayı 60-74 yaş qrupunda 52,2 faizikən, 90 və üst yaş qruplarında isə bu göstərici 72,4 faiz olub.

2022-ci il Türkiyə əhalisinin statistikasında qadınlar və kişilər arasındakı mütənasib tarazlıq, qadınların daha uzun ömür sürməsi səbəbi ilə onların lehinə dəyişib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyə vətəndaşlarının ümumi sayı 85 milyon 279 min nəfər olub.

Məlumatda qeyd olunur ki, keçən il ölkədə kişilərin sayı ümümi vətəndaşların sayının 50,1 faizini ( 42 milyon 704 nəfər) qadınların sayı isə faiz nisbətində 49,9 faiz ( 42 milyon 575 nəfər) təşkil edib.