Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Osman Xaliyev İpoteka və Kredit Zəmanət Fondu Sərəncam

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin yeni sədri kollektivə təqdim edildi

BAKI,TurkicWorld

Osman Xaliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə vəzifəyə təyin olunan Osman Xaliyev Fondun kollektivinə təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov yeni sədrin təqdimatı zamanı Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini çatdırıb.

Natiq Əmirov Fondun fəaliyyətinin şəffaf və müasir idarəetmə prinsipləri əsasında qurulmasının, əhalinin mənzilə əlçatanlığının artırılması istiqamətində işlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

O, yeni rəhbərliyə və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mövzuya görə xəbərlər