BAKI,TurkicWorld
Türkiyənin Təhlükəsizlik Baş İdarəsi (Emniyet Genel Müdürlüğü) zirehli nəqliyyat vasitələrində istifadə olunacaq disklərin satın alınması ilə bağlı tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət məhsulları müqavilə imzalandıqdan sonra 90 təqvim günü ərzində Ankaranın Yenimahalle rayonunda yerləşən Təhlükəsizlik Baş İdarəsinin Nəqliyyat Vasitələrinin Təmir və Texniki Xidmət Şöbəsinə təhvil verməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 21 iyul 2026-ci il tarixinə qədər " Ayrancı Mahallesi Dikmen Caddesi No:11 06100 Çankaya/Ankara " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir







