BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, Çorum vilayətində 225 ədəd işyerinin tikintisi, həmçinin infrastruktur və ətraf mühitin abadlaşdırılması üzrə açıq tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, layihənin icra müddəti yer təhvilindən sonra 500 təqvim günü təşkil edəcək və işlər müqavilə imzalandıqdan 10 gün sonra başlanacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 2 iyun 2026-ci il tarixinə qədər "Bilkent Plaza B1 Blok 06800 Bilkent - Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
