Son dəqiqə

tender Türkiyədə tender İnşaat tenderi

Türkiyədə bina tikintisi üzrə tender elan edildi

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Kayseri vilayətinin Kocasinan bələdiyyəsi tərəfindən Yüreğil məhəlləsində imam evi və Quran kursunun tikintisi üzrə açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində ümumi sahəsi 230,30 kvadratmetr olan iki mərtəbəli betonarme bina inşa ediləcək.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, tikinti işlərinin yer təhvilindən sonra 150 təqvim günü ərzində tamamlanması nəzərdə tutulur və işə müqavilə imzalandıqdan 10 gün sonra başlanılacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 1 iyun 2026-ci il tarixinə qədər "Atatürk Bulvarı No 98 3. Kat C Blok Bakanlıklar Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər