tender Türkiyədə tender İnşaat tenderi

Türkiyədə beton alınması üzrə tender elan olunub

BAKI,TurkicWorld, Fərid Mikayılov

Trabzonun Yomra bələdiyyəsi tərəfindən C20/25 markalı hazır betonun alınması üzrə açıq tender elan edilib. Məlumata görə, tender çərçivəsində ümumilikdə 7 min 500 kubmetr hazır betonun tədarükü nəzərdə tutulur. Beton materiallarının rayon ərazisində müxtəlif küçə və məhəllələrdə istifadə olunacağı bildirilib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra işlərə dərhal başlanacaq və tədarük prosesi 180 təqvim günü ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 1 iyun 2026-ci il tarixinə qədər "Sancak Mahallesi Trabzon Caddesi No:137 61250 Yomra/Trabzon" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər