BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyənin Denizli rayonunda yerləşən Tavas Dövlət Xəstəxanasının AMATEM bölməsinin təmiri ilə bağlı açıq tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində işə başlanılacaq və layihənin 30 təqvim günü ərzində tamamlanması tələb olunur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 4 may 2026-ci il tarixinə qədər "Sırakapılar, Şht. Albay Karaoğlanoğlu Cd. No:1B, 20010 Denizli Merkezefendi/Denizli" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir
