Son dəqiqə

Türkiyə limanları

Türkiyə limanları 60 milyon tona yaxın neft məhsulları qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 57 milyon 365 min 812 ton neft məhsulları qəbul edib. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara neft məhsulları qəbulu 2 milyon 877 min 355 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 54 milyon 488 min 457 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından transit yolu ilə 37 milyon 294 min 519 ton neft məhsulları daşınıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib. digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 29 milyon 712 min 664 ton olub”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb.

2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.

Mövzuya görə xəbərlər