Son dəqiqə

Türkiyə limanları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyə limanlarında bir ayda 77 milyon tondan çox yük daşınıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 77 milyon 90 min 527 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə bayrağı altında fəaliyyət göstərən gəmilər vasitəsilə daxili limanlara 11 milyon 554 min 367 ton yük daşınıb.

Məlumata görə, Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən gəmilərlə daşınan yükün həcmi isə 65 milyon 536 min 160 ton təşkil edib.

Açıqlamada qeyd olunub ki, 2026-cı ilin aprel ayında Türkiyə limanlarından ümumilikdə 5 milyon 724 min 594 ton transit yük daşınıb.

Ekspertlər bildirirlər ki, Türkiyənin tranzit logistika və dəniz daşımalarında artan rolu ölkənin regional ticarət marşrutlarındakı strateji mövqeyini daha da gücləndirir. Xüsusilə Avropa, Asiya və Yaxın Şərq arasında yerləşən Türkiyə beynəlxalq yükdaşımada əsas logistika mərkəzlərindən birinə çevrilir.

Mövzuya görə xəbərlər