Türkiyə limanları Gemlik limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanları yükdaşımalar

Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026 - cı ilin aprel ayında Türkiyənin Gemlik limanı 5 milyon 665 min 35 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən 282 min 958 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 4 milyon 87 min 455 ton yük daşınıb.

2026 - ci ilin aprel ayında Gemlik limanından tranzit 404 min 610 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 4 min 871 gəmi qəbul edib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən 3 min 248 gəmi daxil olub.

Məlumata görə, eyni dövrdə türk bayrağı altında fəaliyyət göstərən və limanlara qəbul edilən gəmilərin sayı isə 1 min 623 təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin aprel ayında Türkiyə limanları ümumilikdə 77 milyon 90 min 527 ton yük qəbul edib.

Nazirlikdən bildirilib ki, hesabat dövründə Türkiyə bayrağı altında fəaliyyət göstərən gəmilər vasitəsilə daxili limanlara 11 milyon 554 min 367 ton yük daşınıb.

Məlumata görə, Türkiyə limanlarına xarici ölkələrin bayraqları altında fəaliyyət göstərən gəmilərlə daşınan yükün həcmi isə 65 milyon 536 min 160 ton təşkil edib.

Açıqlamada qeyd olunub ki, 2026-cı ilin aprel ayında Türkiyə limanlarından ümumilikdə 5 milyon 724 min 594 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər