Son dəqiqə

tender Türkiyədə tender 2025 tender elanları səhiyyə sektoru tenderi

Türkiyədə tibbi cihazlara xidmət üzrə tender elan edildi

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Səhiyyə Nazirliyinə bağlı Ərzincan Səhiyyə İdarəsi tərəfindən tibbi cihazların texniki baxım və təmir xidmətlərinin alınması məqsədilə açıq tender elan edilib

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində xidmətlər 6 hissə üzrə 24 ay müddətində icra olunacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 20 may 2026-ci il tarixinə qədər "Başbağlar Mah. Hacı Ali Akın Cad. No: 32 İl Sağlık Müdürlüğü Merkez/Erzincan" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər