Son dəqiqə

tender Türkiyədə tender 2025 tender elanları İnşaat tenderi

BOTAŞ Konya layihəsi üzrə tender elan etdi

BAKI,TurkicWorld

BOTAŞ Konya vilayətinin Seydişehir rayonunda yerləşən Mesudiye xətt vana stansiyasında tikinti işlərinin həyata keçirilməsi üçün açıq tender proseduruna start verib.

Məlumata görə, layihə çərçivəsində təxminən 460 kvadratmetr sahədə zemin düzləndirilməsi və betonlama işləri, eləcə də vana otağının tikintisi nəzərdə tutulur

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihənin icra müddəti yer təhvil verildikdən sonra 60 təqvim günü təşkil edir. Müqavilə imzalandıqdan sonra 5 gün ərzində işlərə başlanılması planlaşdırılır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 29 mart 2026-ci il tarixinə qədər "Eskişehir Yolu 23. km Yapracık PK:06790 Etimesgut/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər