Son dəqiqə

Azeri Light

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bakı. TurkicWorld:

Bu həftə "Azeri Light CIF", "Urals" və "Dated Brent", "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.

TurkicWorld-un məlumatına görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 11.01 ABŞ dolları və ya 8.7% azalaraq 115.49 ABŞ dolları təşkil edib.

Məlumata görə, sözügedən markalı xam neftin həftə ərzində maksimum qiyməti bir barel üçün 125.83 ABŞ dolları, minimum qiyməti isə 104.49 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 111.43 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 9.61 ABŞ dolları və ya 7.9% azdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 121.02 ABŞ dolları, ən aşağı qiymət isə 101.33 ABŞ dolları olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 11 ABŞ dolları və ya 11.5% azalaraq, bir barel üçün 84.69 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 95.52 ABŞ dolları, ən aşağı qiymət isə 73.20 ABŞ dolları olub.

"Dated Brent" markalı neftin orta qiyməti 117.91 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 13.89 ABŞ dolları və ya 10.5% azalma deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 132.74 ABŞ dolları, minimal qiymət isə 99.26 ABŞ dolları olub.

Neft/tarix

13.04.2026

14.04.2026

15.04.2026

16.04.2026

17.04.2026

Orta qiymət

Azeri LT CIF

$125.83

$118.56

$113.01

$115.55

$104.49

$115.49

Azeri Light FOB Ceyhan

$121.02

$114.04

$108.93

$111.83

$101.33

$111.43

Urals (EX NOVO)

$95.52

$88.15

$82.15

$84.42

$73.20

$84.69

Dated Brent

$132.74

$124.72

$116.55

$116.27

$99.26

$117.91

Mövzuya görə xəbərlər