Son dəqiqə

Azeri Light

Azərbaycan neftinin qiyməti açıqlandı

Bakı.TurkicWorld:

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycan neftinin "Azeri Light" markasının qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,73 ABŞ dolları və ya 1,7 faiz azalaraq bir barel üçün 100,57 ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,69 ABŞ dolları və ya 1,7 faiz azalaraq 98,38 ABŞ dolları olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,39 ABŞ dolları və ya 3,1 faiz azalaraq bir barel üçün 73,87 ABŞ dolları təşkil edib.

Şimal dənizində hasil olunan "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,79 ABŞ dolları və ya 2,8 faiz azalaraq 96,80 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Mövzuya görə xəbərlər