Son dəqiqə

Azərbaycan Azeri Light neft-qaz sektoru

Azərbaycan nefti bahalaşıb

BAKI,TurkicWorld

İtaliyanın Auqusta limanında Azərbaycanın Azeri Light markalı neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,95 ABŞ dolları və ya 2,6 faiz bahalaşaraq bir barel üçün 75,66 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbələr məlumat veriblər.

"Məlumata görə, Azərbaycanın Azeri Light markalı neftinin Türkiyənin Ceyhan limanında FOB bazasında qiyməti 1,79 ABŞ dolları və ya 2,5 faiz artaraq bir barel üçün 72,94 ABŞ dolları olub. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,98 ABŞ dolları və ya 4,8 faiz artaraq bir barel üçün 42,93 ABŞ dollarına çatıb. Şimal dənizində hasil olunan Dated Brent markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,99 ABŞ dolları və ya 2,8 faiz bahalaşaraq bir barel üçün 71,87 ABŞ dolları təşkil edib", – məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Mövzuya görə xəbərlər