Son dəqiqə

Azərbaycan Azərbaycan nefti Azeri Light

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 4,18 ABŞ dolları və ya 3,93% ucuzlaşaraq 102,30 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,15 dollar və ya 3,98% ucuzlaşaraq 100,07 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,74 dollar və ya 5,85% azalaraq 76,26 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,19 dollar və ya 4,04% azalaraq 99,59 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Mövzuya görə xəbərlər