Yanvar-senyabr aylarında Türkiyənin Ceyhan limanına 11 milyon tondan çox yük çatdırılıb (ÖZƏL)

Yanvar-senyabr aylarında Türkiyənin Ceyhan limanına 11 milyon tondan çox yük çatdırılıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 11 milyon 74 min 136 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 154 min 247 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 10 milyon 919 min 889 ton yük daşınıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Ceyhan limanından 36 milyon 712 min 861 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.