Son dəqiqə

ixrac Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracı İxracat İxrac və avtomobil bazarı

Türkiyənin Çinə avtomobil ixracı artıb (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz artaraq, 10 milyon 713 min 250 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin mart ayında Çinə avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz artaraq, 4 milyon 4 min 850 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 3 milyard 293 milyon 35 min dollara bərabər olub.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq, 9 milyard 895 milyon 567 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 41 milyard 926 milyon 368 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər