Son dəqiqə

ixrac Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracı Türkiyə Polad İxracatçılar Birliyi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası İxracat

Türkiyənin polad ixracı cari ilin mart ayında cüzi artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-cı ilin mart ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 1 milyard 552 milyon 765 min dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 3 milyard 820 milyon 541 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 16 milyard 334 milyon 855 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər