BAKI, TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, 9 milyon 610 min 72 dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 2 milyon 728 min 44 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 748 milyon 506 min dollara bərabər olub.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 9 milyard 222 milyon 417 min dollar məbləğində tekstil məhsulları ixrac edib.






