Bakı. TurkicWorld:
Bu ilin martın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54.869 vergi ödəyicilərinin sayı 54.869 nəfər olub.
TurkicWorld bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, vergi ödəyicilərinin 94.7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 5 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz artaraq 1.815 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 84,1 faizi elektron, 15,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.






