Son dəqiqə

Naxçıvan Azərbaycan Hava Yolları Bakı hava şəraiti Uçuş təhlükəsizliyi Reys

Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı vacib məlumat

BAKI,TurkicWorld

Azərbaycan Hava Yollarının 6 iyul tarixinə planlaşdırılan bəzi Bakı–Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

TurkicWorld xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası mərhələli şəkildə bərpa olunacaq. Sərnişinlər reyslərdə baş verə biləcək dəyişikliklərlə bağlı operativ qaydada məlumatlandırılacaqlar.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin eniş və qalxma mərhələlərində əlavə risk yaradır.

Şirkət vurğulayıb ki, reyslərin hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi barədə qərarlar yalnız sərnişinlərin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən qəbul edilmir. Aviasiyada bu qərarlar marşrut boyunca, eləcə də qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji vəziyyət nəzərə alınmaqla verilir. İldırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və tufan buludları yer səviyyəsindən görünməsə belə, uçuşun təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu səbəbdən ekipajlar və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun qərarlar qəbul edirlər.

Mövzuya görə xəbərlər