BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
3 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİR KREDİT BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
TurkicWorld xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.12.2025-ci il tarixində başlayıb, 06.01.2026-cı il tarixində bitmişdir.
AZ2002027731 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 9 yanvar 2026-cı il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"BİR KREDİT BOKT" MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002027731 |
|
İstiqraqzların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
|
Ticarət üsulu/forması |
Kütləvi / Abunə Yazılışı |
|
İstiqrazların sayı |
20,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
Buraxılış həcmi |
2,000,000 manat |
|
İllik gəlirlilik faizi |
11.5% |
|
Ödəmə periodu |
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir. |
|
Tədavül müddəti |
1 il |
|
Reallaşdırılmış həcm |
2,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
2,000,000 manat |
|
Hərrac qiyməti |
100 manat |
|
İnvestor sayı |
68 |
|
Sifariş sayı |
68 |
|
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |






