Son dəqiqə

Türkiyədə istehlakçı şikayətləri 900 mini keçdi: ən qəribə müraciətlər gündəmdə Boşqabın səsinə görə şikayət: Hakem heyətlərində trajikomik il İstehlakçı hüquqlarında maraqlı statistika: qəribə iddialar dosyelərdə Şikayətlərin yarısı istehlakçı xeyrinə: 2025-in ən diqqətçəkən qərarları

Türkiyədə istehlakçı şikayətləri 900 mini keçib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyədə istehlakçı hüquqları üzrə müraciətlər 2025-ci ildə rekord həddə çatıb. İstehlakçı Şikayətləri üzrə Komissiyalara edilən müraciətlərin sayı bir ildə 20 faiz artaraq 900 mini keçib. Ancaq artım təkcə sayda deyil — məzmun da xeyli fərqlidir.

TurkicWorld xəbər verir ki,2024-cü ildə 755 min 907 olan müraciət sayı, 2025-ci ildə 907 min 515-ə yüksəlib. Bu, bir tərəfdən vətəndaşların hüquq axtarışında daha aktiv olduğunu göstərsə də, digər tərəfdən heyətlərin üzləşdiyi dosye yükünü xeyli artırıb.

Müraciətlərin əsas hissəsi aşağıdakı sahələr üzrə cəmlənib: məsafədən alış-veriş, ayaqqabı və geyim, mobil telefonlar,
mebel və kompüterlər, onlayn təhsil xidmətləri.

Qərarların təxminən yarısı istehlakçıların xeyrinə verilib.

2025-ci ilin ən diqqətçəkən məqamı isə adi şikayət anlayışını aşan iddialar olub. Aidiyyəti orqanlara təqdim edilən bəzi müraciətlərə baxmaq hüquqi baxımdan mümkün olmayıb.

Giresun: Bir vətəndaş itiylə kifayət qədər maraqlanmadığını iddia edərək baytarı şikayət edib — müraciət rədd olunub.

Erzurum: Su butulkasının qapağını aça bilməyən şəxs barmağının iltihablandığını deyərək fabrikin bağlanmasını tələb edib — “səlahiyyət xaricidir” cavabı alıb.

Giresun: Boşqabdan çıxan yüksək səs iştahı qaçırıb - geri ödəniş tələbi qəbul edilməyib.

Kayseri: Üzərində “fındıqlı” yazılan, lakin içindən fındıq çıxmayan şokolad — şikayət qəbul edilməyib.

Bəzi hallarda əmsal qərarlar da verilib:

Magistral yolda avtomobilinin qarşısına çıxan itə çırpılan sürücüyə, yol təhlükəsizliyinə cavabdeh şirkət tərəfindən 133 min lirə təmir xərci ödənilib.

Marketdə kartla ödəniş zamanı tutulmuş 2 lirə komissiya haqqı istehlakçıya geri qaytarılıb.

Mövcud qanunvericiliyə görə 186 min lirəyə qədər mübahisələr İstehlakçı Şikayətləri üzrə Komissiyalarda, bu məbləği aşanlar isə məhkəmələrdə baxılır.

Malın və ya xidmətin qüsurlu olması əsas şərtdir — sadəcə bəyənməmək hüquqi əsas sayılmır.

İstehlakçılar Birliyinin məlumatına görə, müraciətlərin 70 faizi internet üzərindən edilib. Mütəxəssislər isə sənədlərin düzgün yüklənməsinin vacibliyini xüsusi vurğulayır.