BAKI, TurkicWorld
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin həcmi 4,413 milyard manata çatıb.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 118,8 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 261,2 milyon manat və ya 6,3% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9,2% artım deməkdir.







