Son dəqiqə

Azərbaycan Çin AZPROMO İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO

AZPROMO-da Çin nümayəndə heyəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

BAKI,TurkicWorld

Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti ilə görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

TurkicWorld xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

AZPROMO-da Çin Beynəlxalq İqtisadi və Texniki Əməkdaşlıq Mərkəzinin (CICETE) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycanla Çin arasında ticarət və investisiya əlaqələri barədə məlumat verilib. Bildirilib ki, sərgi və tədbirlərin təşkilini həyata keçirən CICETE Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisinin (CIFTIS) təşkilatçısı qismində də çıxış edir. Bu çərçivədə Azərbaycan şirkətlərinin bu ilin 9-13 sentyabr tarixlərində Pekin şəhərində keçiriləcək sərgidə iştirak imkanları ətrafında müzakirə aparılıb.

Görüş zamanı müvafiq sahələr üzrə yerli kadrların təkmilləşdirilməsi məqsədilə CICETE tərəfindən təşkil olunan təlim proqramlarına, o cümlədən Çin bazarı və marketinq strategiyalarına dair sessiyalara cəlb edilməsi perspektivləri nəzərdən keçirilib.

Mövzuya görə xəbərlər