BAKI, TurkicWorld
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 19,053 milyard manata çatıb.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 334,7 milyon manat və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,022 milyard manat və ya 11,9% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9,2% artım deməkdir.







