Son dəqiqə

Türkiyə tender Türkiyədə tender 2025 tender elanları Xidmət tenderi

Türkiyədə dövlət xəstəxanalarında laboratoriya xidmətləri satın alınacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

İstanbul Səhiyyə İdarəsi 2026-cı il üçün dövlət xəstəxanalarında 10 ay müddətinə İmmunohistokimya, in situ hibridləşmə, immunofluoressensiya və histokimya üzrə laboratoriya xidmətlərinin satın alınması üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İştirakçılardan maliyyə sabitliyi və iş dövriyyəsi ilə yanaşı, son 5 il ərzində analoji tibbi laboratoriya xidmətləri üzrə iş təcrübəsini təsdiqləyən sənədlər tələb olunur.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 4 fevral 2026-cı il tarixinə qədər "İstanbul İl Sağlık Müdürlüğü Kamu Hastaneleri Hizmetleri Başkanlığı-5 Uğur Mumcu Mah. 2114 Sok. No:19-21 Kat:3 Sultangazi /İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər