BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin İstanbul şəhərinin Bağcılar rayonu üzrə səlahiyyətli qurumu tərəfindən rayonda yaşayan sosial dəstəyə ehtiyacı olan əhali qrupları üçün reabilitasiya yönümlü təhsil xidmətlərinin satın alınması məqsədilə tender elan edilib
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində qismən iş vaxtı rejimində reabilitasiya yönümlü təhsil xidmətlərinin göstərilməsi ilə yanaşı, 221 növ yardımçı materialın təmin edilməsi də nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 4 fevral 2026-cı il tarixinə qədər "Güneşli Mah. Mahmutbey Cad. No:97 Bağcılar/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir



