Türkiyə tender Türkiyədə tender 2025 tender elanları

Türkiyə bələdiyyəsi üç ədəd elektrikli avtobus alacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Niğdə Bələdiyyəsi üç ədəd elektrikli avtobusun alınması üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq avtobusların 15 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 30 yanvar 2026-cı il tarixinə qədər "Yukarı Kayabaşı Mahallesi Adliye Cad. No :1 Niğde Merkez/Niğde " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər