BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Misir kapitalı ilə 62 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 96 milyon 70 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 133 milyon 315 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (56) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 61 milyon 970 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - noyabr ayında Türkiyədə Misir kapitalı ilə 38 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.






