BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq, 501 milyon 751 min 85 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 45 milyon 372 min 88 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 743 milyon 45 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,9 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 9 milyard 409 milyon 452 min dollar məbləğində tekstil ixrac edib.







