Son dəqiqə

Qırğızıstan Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı Türkiyə Polad İxracatçılar Birliyi 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası İxracat Türkiyə polad sənayesi

Türkiyədən Qırğızıstana polad ixracı 6 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 64 faiz artaraq, 6 milyon 29 min 68 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63,9 faiz artaraq, 166 min 9 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 1 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 16 milyard 414 milyon 802 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər