Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı 444 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artaraq, 444 milyon 798 min 38 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 48 milyon 76 min 70 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 26 milyard 958 milyon 84 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 645 milyon 208 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 32 milyard 132 milyon 994 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər