Son dəqiqə

Azərbaycan İran Astara

İrandan Azərbaycana 615 nəfər təxliyə edilib

BAKI,TurkicWorld

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

TurkicWorld-ün məlumatına görə, 28 fevral 8.00-dan – 3 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 615 nəfər təxliyə olunub.

Belə ki, 157 Azərbaycan, 150 Çin, 127 Rusiya , 66 Pakistan, 52 Tacikistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 5 Serbiya, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin Fillipin, Nepal, Qazaxıstan, Fransa və Özbəkistanın hər biri üzrə 5 vətəndaş yer alıb. Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

Mövzuya görə xəbərlər