Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi sement Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən İrana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz azalaraq, 6 milyon 971 min 71 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında İrana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz artaraq, 610 min 25 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 402 milyon 3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 4 milyard 438 milyon 323 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər