Son dəqiqə

tender İstanbul Türkiyədə tender Türkiyə Səhiyyə Nazirliyi 2025 tender elanları səhiyyə sektoru tenderi

İstanbul Səhiyyə İdarəsi yanacaq alacaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Səhiyyə Nazirliyi tabeliyində fəaliyyət göstərən İstanbul Səhiyyə İdarəsi 2026-cı il üçün, qurumun xidmətlərində istifadə olunan nəqliyyat vasitələri üçün 90 min litr yanacaq alınması üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra hissə-hissə təhvil alınmağa başlanacaq.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 3 noyabr 2025-ci il tarixinə qədər " Peykhane Caddesi No:10 PK. 34122 Çemberlitaş / İstanbul Fatih/İstanbul " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Mövzuya görə xəbərlər