Son dəqiqə

Qırğızıstan turizm Türkiyə turizm statistikası Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Türkiyə Mədəniyyət və Turizm Naziri Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər xarici turist axını Türkiyə 2025 turizm statistikası Turizm diplomatiyası turizm siyasəti turistik səfərlər

Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyulunda Qırğızıstandan Türkiyəyə 16 min 106 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 2,53 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,23 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında Qırğızıstandan Türkiyəyə 114 min 946 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,85 faiz çoxdur.

2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı isə 0,41 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 4,97 faiz azdır.

2025 -ci ilin yanvar-iyul aylarında 28 milyon 369 min 330 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,10 faiz azdır.

Mövzuya görə xəbərlər