Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

İyul ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq, 3 milyon 806 min 51 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalaraq, 26 milyon 594 min 26 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 9 milyard 704 milyon 946 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 584 milyon 768 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 270 milyon 748 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər