Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Misirə hazır geyim ixracı 41 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Misirə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43,3 faiz artaraq, 5 milyon 279 min 61 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Misirə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz artaraq, 41 milyon 549 min 9 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 8 milyard 125 milyon 141 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 199 milyon 934 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 348 min 641 dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər