Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı 185 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artaraq, 185 milyon 981 min 39 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 68,6 faiz artaraq, 20 milyon 609 min 49 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 479 milyon 757 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 17 milyard 483 milyon 313 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər